ölçmələrin yerinə yetirilməsi üsulları

Ölçmələrin nəticələrinin məlum xəta ilə alınmasını təmin edən əməliyyat və qaydalar

ölçmələrin vəhdəti
ölkə kodlu yüksək səviyyəli domen
OBASTAN VİKİ
İkimizin yerinə
İkimizin yerinə - Sərənay Sarıqaya və Nəjay İşlərin baş rolda oynadıqları 2016-cı il istehsalı türk dram filmi. Filmin rejissoru Umur Turaqay, ssenaristi Pınar Buluddur. Film Sərənay Sarıqayanın baş rolda çıxış etdiyi ilk filmidir. 21 oktyabr 2016-cı ildə ilk dəfə göstərimə girən film 3 gündə 330 min baxış əldə etmişdir. Filmin çəkilişləri Bursada olmuşdur. Filmin Almaniya premyerası Berlindəki "Cineplex Alhambra" sinemasında, Azərbaycanda isə Bakıda baş tutmuşdur. Balaca bir qəsəbədə yaşayan Çiçək özünü anasının təlqin etdiyi həyatda sıxışıb qalmış kimi hiss edəndə qəsəbəyə yenicə gələn ədəbiyyat müəllimi Doğana aşiq olur. Doğan bu yasaq sevgiyə nə qədər dirənsə də, Çiçəkdən uzaq dura bilmir. Halbuki bu sevgi təkcə onların deyil, həm də bir ailənin taleyini dəyişdirəcək.
Sıma üsulları
Sıma üsulları (metodları) (çin. ənən. 司馬法, sadə. 司马法, pinyin: Sīmă Fă) — E.ə. IV əsrdə Tsi çarlığı dövründə yaranmış hərbi nəzəriyyə. Çinin yeddi klassik hərbi traktatlarından biri. Traktat Çin hökmdarı Tszin-qunun ordu sərkərdəsi olmuş, Sıma Jantszyuyun (çin. sadə. 司马穰苴, pinyin: Sīmǎ Rángjū) nəslinin hərbi ənənəsindən irəli gəldiyindən onun şərəfinə adlandırılmışdır. Xan sülaləsi dövründə traktat 155 fəsildən ibarət olduğu halda günümüzə cəmi onun 5 fəsli gəlib çatmışdır: İnsani əsaslar (çin.
Fotometrik analiz üsulları
Fotometrik analiz üsulları Fotometrik analiz üsullarında maddənin miqdarının təyin olunması onun işıq udmasının ölçülməsi ilə müəyyən olunur. Fotometrik analiz zamanı müxtəlif tipli reaksiyalardan istifadə edilir. Qeyri-üzvi maddələrin təyini üçün çox vaxt rəngli kompleks birləşmələrin alınması və onların işıq udması öyrənilir. Əksər metal və qeyri metallar kompleksəmələgətirməyə meylli olur və ya rəngli komplekslərlə birləşməyə meylli olurlar. Ona görə də elementlərin fotometrik üsullarla təyin üçün geniş tətbiq imkanları olur. Hal-hazırda demək olar ki, bütün elementlərin və ya onların birləşmələrinin fotometrik üsullarla təyini var. Bu zaman sadə fotometrik üsullar istifadə edilir. Üzvi maddələrin fotometrik təyini üçün sintez üsullarından istifadə olunur. Sintez üsulları ilə həm də qeyri-üzvi maddələr kompleks əmələ gətirir, məsələn sulfidlərlə və ya nitridlərlə. Fotometrik analiz zamanı geniş istifadə olunan reaksiyalardan biridə oksidləşmə - reduksiya reaksiyalarına əsaslanır.
Termiki analiz üsulları
Termiki analiz – materialşünaslıqın bir hissəsi olub, temperaturun təsiri altinda materialların xassələrinin dəyişməsini öyrənir. Ümumiyyətlə termik analiz üsulunun bir sıra növləri vardır.. Onlar bir-birindən materialın hansı xassəsinin təyin olunması ilə fərqlənirlər: Differensial termik analizi (DTA): temperatur; Differensial skaner kalometriyasi (DSC): istilik; Termoqravimetriya analizi (TGA): kütlə; Differensial termoqravimetriya (DTG): kütlənin dəyişmə sürəti; Termomexaniki analiz (TMA): uzunluq ölçüləri; Dilatometriya (DİL): həcm; Dinamik mexanik analizi (DMA): mexanik sərtlik və amortizasiya; Dielektrik termiki analiz (DET): dielektrik keçicilik və itki əmsali; Ayrılan qazların analizi (AQA): parçalanma qaz məhsulları; Termooptiki analiz (TOA): optik xassələr; Vizual-politermiki analiz (VPA): forma görünüşü; Lazer impuls analizi (LİA): temperatur profili; Termomaqnit analizi (TMA): maqnit xassələrini. Bütün bu metodların mahiyyətini birləşdirən odur ki, nümunənin hayı (reaksiyası) temperatur (və vaxt) funksiyası kimi qeyd olunur. Adətən temperatur dəyişikliyi əvvəlcədən müəyyən edilmiş proqrama uyğun olaraq həyata keçililir – bu, sabit bir sürətlə temperaturun artımı və ya azalması (xətti isitmə/soyutma), ya da müxtəlif temperaturda bir sıra ölçülərdir (pilləli izotermik ölçülər). Bəzən daha mürəkkəb temperatur profilləri də istifadə olunur. Onlar ostsilik (adətən sinusoidal və ya düzbucaglı rəqs etmə şəklindədir) isitmə sürətini (modulyasiya edilmiş temperatur ilə termik analiz) və ya sistemin xüsiyyətlərindəki dəyişikliklərə cavab olaraq isitmə sürətinin dəyişilməsini (nümunə tərəfdən nəzarətli termik analiz) istifadə edirlər. Nümunə temperaturuna nəzarət etməklə yanaşı, ölçmələrin alındığı mühitin (məsələn, atmosferin) də nəzarət edilməsi vacibdir. Ölçmələr hava və ya inert qaz (məsələn, argon və ya helium) mühitində həyata keçirilə bilər. Bir reduktiv və reaktiv (kimyəvi cəhətdən aktiv)qaz atmosferi də istifadə olunur, nümunələr su və ya digər mayelərdə yerləşdirilir.
Təşkilatın maliyyələşdirilməsi üsulları
Təşkilat səviyyəsindəki bazar tipli iqtisadiyyatın əsasında maliyyələşmənin 5 elementli sistemi dayanır: özünümaliyyələşdirmə; bazar kapitalı mexanizmləri vasitəsilə birbaşa maliyyələşdirmə; bank kreditləşməsi; büdcə maliyyələşdirilməsi; təsərrüfat subyektlərinin qarşılıqlı maliyyələşməsi. Özünümaliyyələşdirmə — fəaliyyətin generasiya olunan gəlir hesabına maliyyələşdirilməsidir. Bu üsulun məğzi ondan ibarətdir ki, təşkilatın mülkiyyətçiləri həmişə aşağıdakılar arasında seçim edə bilərlər: hesabat ilində əldə edilmiş gəlirin istifadə və ya digər layihələrə sərmayəsi məqsədilə tam götürülməsi; gəlirin elə həmin təşkilatın fəaliyyətinə yenidən sərmayə olunması, belə ki, əldə olunmuş gəlirin belə yatırılması onlar üçün daha sərfəlidir; ilk iki variantın kombinə edilməsi; əldə edilmiş gəlirin iki yerə bölünməsi: təkrar sərmayə və dividendlər. Son variant daha geniş yayılmışdır, çünki, cari və sonraya saxlanılmış istifadənin arasında kompromiss əldə edilməsinə, maliyyə-təsərrüfat fəaliyyətinin həcminin artırılmasına imkan verir. Özünümaliyyələşdirmə– əlavə vəsait mənbələlərinin mobilizasiyasının daha əyani üsuludur, lakin uzunmüddətli planda çətin proqnozlaşdırılandır və həcmcə məhduddur. Buna görə də biznesin istənilən strateji inkişafı maliyyələşmənin əlavə mənbələrinin cəlb olunmasını nəzərdə tutur. Heç bir təşkilat özünümaliyyələşmə ilə kifayətlənmir, belə ki borc içində yaşamaq yalnız o zaman mümkündür ki, bu borc əsaslandırılmış olsun. Buna görə də təşkilat digər mənbələrdən əlavə vəsait cəlb olunmasına əl atır, bunlardan da ən əhəmiyyətlisi kapital bazarıdır. Kapital bazarında vəsaitlərin mobilizasiyasının iki əsas variantı mövcuddur: işgüzar və borc maliyyələşməsi. Borc maliyyələşməsinə diqqət yetirək: Borc maliyyələşməsi zamanı təşkilat bazara öz səhmləri ilə çıxır, yəni, səhmlərin əlavə satışından ya mülkiyyətçilərin sayının artması yolu ilə, ya da artıq mövcud olan mülkiyyətçilərə əlavə yatırım etməklə vəsait əldə edir.
Fiziki-kimyəvi analiz üsulları
Kükürd qazından təmizlənmə üsulları
Kükürd qazından təmizlənmə üsulları — Sənaye müəssisələrində atmosfer havasına buraxılan tullantı qazları ayrı-ayrı zərərli kimyəvi birləşmələrdən təmizlənməsi üçün hər bir maddənin kimyəvi xassələri ilə şərtlənən spesifik üsuldur. == Kükürd qazı == Atmosferi kükürd qazı (SO2)ilə ən çox çirkləndirən mənbələr əlvan metallurgiya, istilik-energetika və sulfat turşusu istehsal qurğularıdır. == Qrupları == Havaya buraxılan qazları kükürd-4-oksiddən təmizləməyin üsullarını 2 qrupa bölmək olar: Sonradan sərbəst halda çıxarmadan təmizləmə; Utilləşdirmək məqsədilə sonradan sərbəst halda çıxarılmaqla təmizləmə. Kükürd qazından təmizlənən tullantı qazlar seçilən üsuldan asılı olaraq öncədən təmizləyici qurğunun işinə mane olan bərk hissəciklərdən, hidrogen-sulfiddən, nəmdən, oksigendən və başqa maddələrdən ayrılmalıdır. == Kükürd qazını zərərsizləşdirməyin üsulları == Kükürd qazını zərərsizləşdirməyin mühüm üsulları aşağıdakılardır: Maqnezit üsulu Əhəng üsulu Ammonyaklı tsiklik proses Ammonyak turşu üsulu Quru ammonyak üsulu Manqan-oksid üsulu İonitlərlə SO2-nin təmizlənməsi == Maqnezit üsulu == Burada tərkibində SO2 olan qazlar maqnezium-oksid suspenziyasından keçirilərək maqnezium-sulfitə çevrilir. == Əhəng üsulu == Bu üsulda qazlar əhəngli suspenziyadan keçirilir. Üsul ucuzdur və udulma tam gedir. == Ammonyaklı tsiklik proses == Burada qazlar ammonyak məhlulu ilə alçaq temperaturda absorbsiya edilir, sonra qızdırılaraq ondan sərbəst şəkildə ayrılır. Absorbsiya prosesində ammonium-sulfit və ammonium-hidrosulfit əmələ gəlir. == Ammonyak turşu üsulu == Bu üsulda kükürd qazı ammonium-sulfit məhlulu ilə udulur, sonra H2SO4 əlavə edilməklə ondan ayrılır.
Məhlulun qatılığının ifadə üsulları
Məhlulun qatılığı - onun komponentləri arasındakı miqdarı nisbətlə xarakterizə olunur. Məhlulun qatılığının, yəni həll olan maddənin həllediciyə nisbətən miqdarının müxtəlif ifadə üsulları vardır. Məhlulda həll olan maddənin həllediciyə nisbətən miqdarı faizlə göstərilərsə belə məhlul faizli məhlul adlanır. Faizli məhlulun bir neçə xüsusi halı vardır: Çəki faizi - Bu halda qatılıq həll olan maddənin məhlulun 100 çəki hissəsindəki çəki hissələrinin sayı ilə ifadə edilir. Məsələn, xörək duzunun 10 faizli məhlulu o deməkdir ki, məhlulun hər 100q-nın 10q-ı NaCl və 90q-ı H2O-dan ibarətdir. Molekulyar faiz - Qatılıq həll olan maddənin məhlulun 100 mol hissəsindəki qram-molekul sayı ilə ifadə edilir. Atom faizi - Komponentləri elementlərdən ibarət olan bərk məhlullarda qatılığın atom faizləri ilə ifadə edilməsi daha münasibdir. Belə halda qatılıq komponentin sistemin 100q- atomundakı qram-atomlarının sayı ilə müəyyən edilir. Bu halda məhlulun qatılığı, onda həll olan maddənin qram-molekul (molların) sayı ilə ifadə edilir. Həll olan maddə miqdarının qram molekullarla ifadəsində onun ya məhlulun bir litrinə və ya həlledicinin 1kq-na olan nisbəti müəyyən edilir.
Deqazasiya üsulları və onların xarakteristikası
Özünü onun yerinə qoy (film, 1983)
Filmdə Azərbaycanda rəhbər təşkilatlara ünvanlandırılan zəhmətkeş məktubları ilə işin təşkil olunması məsələsinə toxunulmuşdur. 1)1983-cü ildə Kişinyovda gənc kinematoqrafçıların III Ümumittifaq kinofestivalı Mövzunun maraqlı həllinə görə sənədli film Diplom və Moldaviya Jurnalistlər İttifaqının Mükafatına layiq görülmüşdür. Rejissor: Davud İmanov Ssenari müəllifi: Cavanşir Məlikov Operator: Ələkbər Muradov Bəstəkar: Eldar Rüstəmov Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 331.